Polşa XİN rəhbəri: “Şərq Tərəfdaşlığı” proqramı iflasa uğrayıb

Polşa XİN rəhbəri: “Şərq Tərəfdaşlığı” proqramı iflasa uğrayıb
# 30 yanvar 2016 02:39 (UTC +04:00)

Bakı-APA. Avropa İttifaqının layihəsi olan “Şərq Tərəfdaşlığı” proqramı iflasa uğrayıb.

APA-nın “Polşa radiosu”na istinadən verdiyi məlumata görə, bunu Polşanın xarici işlər naziri Vitold Vaşşikovski bəyan edib.

“Avropa İttifaqı vasitəsilə uğurlu tərəfdaşlıq siyasəti aparılmasına dair qənaət mifdir. Bu gün mövcud olan proqram yalnız tərəfdaşlıq haqqında illüziya yaradır. Üstəlik proqramda iştirak edən ölkələrə (Ukrayna, Belarus, Moldova, Gürcüstan, Azərbaycan, Ermənistan) Avropa İttifaqında heç bir üzvlük perspektivi vermir”, - deyə Polşa XİN rəhbəri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR