Almaniyanın müvəqqəti işlər vəkili: “Azərbaycandakı tərəfdaşlarımızla Ştaynmayerin səfərinin hazırlanması ilə bağlı prosesi davam etdiririk”

Almaniyanın müvəqqəti işlər vəkili: “Azərbaycandakı tərəfdaşlarımızla Ştaynmayerin səfərinin hazırlanması ilə bağlı prosesi davam etdiririk”
# 26 may 2016 17:54 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayerin bu il Azərbaycana səfəri planlaşdırılır. Hazırda Azərbaycandakı tərəfdaşlarımızla birgə bu səfərin hazırlanması prosesini davam etdiririk”.

Bunu APA-ya Almaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Volker Berresheym deyib.

O bildirib ki, Ştaynmayer həm Almaniyanın xarici işlər naziri, hə də ATƏT-in fəaliyyətdə olan sədri kimi Azərbaycana gəlməyə hazırlaşır.

Ölkəsinin yeni səfiri ilə bağlı məsələyə gəldikdə isə V. Berresheym qeyd edib ki, Almaniya tərəfi bununla bağlı Azərbaycan hökumətinə təklifini göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR