"Texnikabank" əmanətçilərinə indiyədək 118 mln. manatdan çox kompensasiya ödənilib

"Texnikabank" əmanətçilərinə indiyədək 118 mln. manatdan çox kompensasiya ödənilib
# 02 iyun 2016 10:42 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Sığorta hadisəsi baş vermiş "Texnikabank" ASC-nin əmanətçilərinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən seçilmiş agent banklar vasitəsi ilə kompensasiya ödənişi davam etdirilir.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan əmanətçiyə 118 milyon 168 min manatdan artıq kompensasiya ödənilib.

"Texnikabank" ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 12 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb.

Fond əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

"Texnikabank" ASC-nin qorunan əmanətçilərinə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR