"Qazprom neft"in rəhbəri: "Neftin qiyməti 10 ildən sonra 100 dollara çata bilər"

"Qazprom neft"in rəhbəri: "Neftin qiyməti 10 ildən sonra 100 dollara çata bilər"
# 10 iyun 2016 13:12 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "OPEC neft hasilatını artırmasa, 7-10 il sonra neftin bir barelinin qiyməti yenidən 90-100 dollara çatacaq".


APA-Economics” RBK-ya istinadən xəbər verir ki, bunu “Qazprom neft”in baş direktoru Aleksandr Dyukov deyib.

Onun sözlərinə görə, OPEC hazırda yürütdüyü aqressiv siyasəti davam etdirərsə, qarşıdakı 10 il ərzində “qara qızıl”ın bir barelinin qiyməti 50-60 dollar civarında dəyişəcək.

A. Dyukov əlavə edib ki, “Qazprom neft” öz investisiya qərarlarında neftin qiymətini 50 dollardan hesablayır: “Biz inanırıq ki, ortamüddətli perspektivdə (3-4 il ərzində) neftin qiyməti 50-60 dollar, uzunmüddətli dövrdə isə 90-100 dollar olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR