Yanvar-avqustda əsas kapitala yönəldilən vəsaitin həcmi açıqlanıb

Yanvar-avqustda əsas kapitala yönəldilən vəsaitin həcmi açıqlanıb
# 16 sentyabr 2016 09:04 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2016-cı ilin yanvar-avqust aylarında əsas kapitala 8 mlrd. 999,1 mln. manat məbləğində vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, istifadə olunmuş vəsaitin 7 mlrd. 275,2 mln. manatı və ya 80,8%-i məhsul istehsalı obyektlərinin, 1 mlrd. 363,4 mln. manatı (15,2%-i) xidmət sahələri üzrə obyektlərin, 360,5 mln. manatı (4%-i) isə ümumi sahəsi 1011,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 mlrd. 424 mln. manatını və ya 38%-ini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitin 6 mlrd. 408,5 mln. manatı və ya 71,2%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR