Prezident İlham Əliyev: “Azərbaycan və Çili xalqları bir-birini tanımalıdır”

Prezident İlham Əliyev: “Azərbaycan və Çili xalqları bir-birini tanımalıdır”
# 28 sentyabr 2016 11:58 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Çili Respublikası Senatında Azərbaycan ilə dostluq qrupunun sədri İvan Barros Moreyranı qəbul edib.

APA-nın məlumatına görə, dövlət başçısı İ. Moreyranın Azərbaycana səfərinin uğurlu olacağına və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycanla Çili arasında əlaqələrin o qədər də fəal olmadığını deyən prezident İlham Əliyev münasibətlərimizin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayaraq xalqlarımızın bir-birlərini tanımalarının vacibliyini qeyd edib. Dövlət başçısı bunun həm də iqtisadi və digər sahələrdə də əməkdaşlığın fəallaşdırılması işinə yaxşı imkan yaradacağını deyib. V Bakı Beynəlxalq Humanitar Forumuna dünyada çox böyük marağın olduğunu deyən prezident İlham Əliyev İ. Moreyranın Forumda iştirakının önəmini qeyd edib.

İ. Moreyra isə ölkəsinin xarici işlər nazirinin Azərbaycanın son illər beynəlxalq aləmdə nüfuzunun və hörmətinin artması və eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə onlara məlumat verdiyini deyib və Çilinin münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini vurğulayıb. İ. Moreyra ölkəsinin xarici işlər naziri ilə həmçinin Azərbaycanın iqtisadi imkanları ilə bağlı söhbətlər apardığını da vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR