Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
# 23 aprel 2016 15:50 (UTC +04:00)

Şəki Vüqar Heydərov - APA. Şəkidə piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün səhər saat 07:40 radələrində rayonun Böyük Dəhnə kənd sakini, 1992-ci il təvəllüdlü Elşən Cəlil oğlu Ömərov ağır kəllə-beyin travması və beyin əziyi dioqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, aprelin 22-i axşam saatlarında 23 yaşlı E. Ömərovu kəndin ərazisində maşın vurub.

Məlumatda bildirilir ki, qəzadan sonra ağır travma alan E. Ömərovu xəstəxanaya aparmaq əvəzinə yaxınları onu məlum olmayan səbəbdən aprelin 23-ü səhər saatlarına kimi yaşadığı evdə saxlayıblar. Məhz səhər saatlarında zərərçəkənin vəziyyətinin daha da ağırlaşdığını görən yaxınları onu xəstəxanaya aparıblar.

E. Ömərov xəstəxanaya daxil olandan bir qədər sonra, təmxinən saat 11:00 radələrində ölüb.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, aparılan araşdırma zamanı məlum olub ki, E. Öməruvu onun həmkəndlisi, 1987-ci il təvəllüdlü Laçın Tahir oğlu Yusifov idarə etdiyi "VAZ 2107" markalı 55-BG-182 dövlət nömrə nişanlı avtomobillə vurub.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR