İŞİD Suriyada strateji əhəmiyyətli şəhəri ələ keçirib

İŞİD Suriyada strateji əhəmiyyətli şəhəri ələ keçirib
# 11 dekabr 2015 02:42 (UTC +04:00)

Bakı-APA. İŞİD terror qruplaşması Suriyanın Homs əyalətində strateji əhəmiyyətli Mahin şəhərini ələ keçirib. APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, Dəməşq-Homs magistral yolda yerləşən adı çəkilən yaşayış məntəqəsi iki həftə əvvəl ordunun irimiqyaslı hücumu zamanı terrorçulardan azad olunmuşdu. İŞİD qüvvələri dekabrın 10-na keçən gecə qəfil əks-hücuma keçərək ərazini təkrar ələ keçirə bilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR