Qubada 8 otaqlı ev yanıb

Qubada 8 otaqlı ev yanıb
# 20 iyun 2016 19:26 (UTC +04:00)

Bakı-APA. Qubada yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Quba rayonu, Xucbala kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları, ev əşyaları 81 kv.m sahədə, evə bitişik ümumi sahəsi 20 kv.m olan talvarın yanar konstruksiyaları 2 kv.m sahədə və talvarın altına yığılmış 1.5 ton ot bağlamasının 200 kq-ı yanıb.

Evin, talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR