Milli Məclis Azərbaycan və Türkiyədə sürücülük vəsiqələrinin qarşılıqlı tanınması barədə sazişi təsdiqləyib

Milli Məclis Azərbaycan və Türkiyədə sürücülük vəsiqələrinin qarşılıqlı tanınması barədə sazişi təsdiqləyib
# 06 may 2016 10:19 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-ın xəbərinə görə, məsələ barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Daha sonra Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış sazişi təsdiqləyib.

Beləliklə, artıq Azərbaycan və Türkiyədə sürücülük vəsiqələri qarşılıqlı tanınacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR