Türkiyə Suriyanın Cerablus bölgəsinə əlavə hərbi qüvvələr göndərib

Türkiyə Suriyanın Cerablus bölgəsinə əlavə hərbi qüvvələr göndərib
# 28 avqust 2016 08:10 (UTC +04:00)

Bakı-APA. Bu gün səhər saatlarında Türkiyə Suriyanın Cerablus bölgəsinə əlavə hərbi qüvvələr göndərib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, iki tankın müşayiəti ilə hərbi sursat yüklənmiş yük maşını və zirehli maşın karvanı Türkiyə-Suriya sərhədini keçərək Cerablusa istiqamətlənib.

Qeyd edək ki, dünən Cerablus şəhərindən 7 km cənubda PKK terror təşkilatının Suriya qolu PYD-nin silahlı qanadı olan YPG tərəfindən Türkiyə Silahlı Qüvvələrinin tanklarından biri vurulub. Nəticədə bir əsgər şəhid olub, 3 əsgər yaralanıb. Bu, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Firat qalxanı" əməliyyatı çərçivəsində ilk şəhiddir. Gecə ərzində Türkiyə Silahlı Qüvvələri Cerablusun cənubundakı hədəflərə tank və artilleriya qurğularından zərbələr endirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR