Venesuela prezidenti parlament rəhbərini “bir nömrəli düşmən” adlandırıb

Venesuela prezidenti parlament rəhbərini “bir nömrəli düşmən” adlandırıb
# 28 sentyabr 2016 04:06 (UTC +04:00)

Bakı-APA. Venesuela prezidenti Nikolas Maduro ölkə parlamentinin sədri müxalifətçi Enri Ramosu venesuelalıların “bir nömrəli düşməni” adlandırıb.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, prezident bunu “Maduro ilə təmasda” televiziya verilişində deyib.

Onun sözlərinə görə, Enri Ramos Alyup – ölkədə şərin rəhbəri və lideridir. Maduronun fikrincə, parlament rəhbəri qadınları və, ümumilikdə, xalqı təhqir edir və ölkəyə daha çox zərər vurmağa çalışır. Venesuela prezidenti onu ölkə vətəndaşlarıтжт “bir nömrəli düşmənш” adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR