Şəmkirdə yol qəzası baş verib, sürücü yaralanıb

Şəmkirdə yol qəzası baş verib, sürücü yaralanıb
# 27 yanvar 2016 22:01 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə sürücünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kiraz qəsəbəsinə gedən yolda baş verib.

Rayonun Qaryağdı kənd sakini, 1986-cı il təvəllüdlü Həsən Rzayev idarə etdiyi “QAZ 31” markalı avtomobillə hərəkətdə olarkən maşının idarəetməsini itirib və avtomobil yolun kənarında olan maneəyə çırpılıb. Qəza zamanı H. Rzayev müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR