Bakı-Qazax magistral yolunda yük avtomobili yoldan çıxıb, sürücü ölüb

Bakı-Qazax magistral yolunda yük avtomobili yoldan çıxıb, sürücü ölüb
# 27 yanvar 2016 17:50 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Bakı-Qazax magistral yolunda yük maşını qəzaya uğrayıb, sürücü ölüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 20 radələrində magistral yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “İveco” markalı, TİR tipli yük avtomobili yolun kənarında olan torpaq təpəliyinə çırpılıb. Qəza zamanı sürücü, Türkiyə vətəndaşı, 1963-cü il təvəllüdlü Semzi Mustafa hadisə yerində ölüb. İlkin ehtimala görə qəzaya səbəb sürücünün sükan arxasında dünyasını dəyişməsi olub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR