İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb
# 29 avqust 2016 09:13 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, şəxsi yoxlama zamanı həmin vətəndaşın daxili orqanından (düz bağırsağından) 4 ədəd bükümdə, xalis çəkisi 144,623 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR