Qazax sakini Kürdə batıb

Qazax sakini Kürdə batıb
# 18 iyul 2016 10:18 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Qazax sakini Kür çayında batıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə iyulun 16-da Qazax rayonunun Aşağı Salahlı kəndində qeydə alınıb. Kənd sakini Elçin Lələyev Kür çayında çimərkən boğulub. Onun meyit sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR