Azərbaycanda dövriyyədə olan nağd pulun həcmi artıb

Azərbaycanda dövriyyədə olan nağd pulun həcmi artıb
# 14 sentyabr 2016 08:24 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda son 1 ildə dövriyyədə olan nağd pulların həcmi 8,15% və ya 571,3 mln. manat azalaraq bu ilin avqust ayının 1-nə 6 442,4 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, iyul ayında dövriyyədə olan nağd pulların həcmi 135,4 mln. manat və ya 2,15% artıb. Ümumiyyətlə, ilin əvvəli ilə müqayisədə iyunda dövriyyədə olan nağd pulların həcmi 1 025,6 mln. manat və ya 18,93% artıb. Beləliklə, bu il artıq 7-ci aydır ki, ölkədə dövriyyədə olan nağd pulların həcmi artmaqdadır.

Dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 74,7% təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR