Nailə Vəlixanlı: “Şah İsmayılın yaratdığı dövlət Avropada fars dövləti kimi tanınıb”

Nailə Vəlixanlı: “Şah İsmayılın yaratdığı dövlət Avropada fars dövləti kimi tanınıb”
# 20 aprel 2016 14:12 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “XVI əsrdə Şah İsmayılın yaratdığı dövlət Avropada fars dövləti kimi tanınıb. Bu, həqiqətdir”.

APA-nın xəbərinə görə, bunu AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisinin afişasında Şah İsmayılın XVI əsrdə italiyalı rəssam tərəfindən çəkilmiş “Sophy Pers – Fars hökmdarı” sözləri yazılmış portretinin nümayiş etdirilməsini tənqid edənlərə cavab olaraq deyib. Akademik bildirib ki, həmin portret İtaliyanın Florensiya şəhərindəki muzeydə saxlanılır.

O qeyd edib ki, həmin portret italiyalı tacirlərin Şah İsmayılla görüşü zamanı çəkilib: “Portret İtaliyaya aparılıb. Portreti çəkən rəssam sonradan ora özü “Sophy pers” sözünü əlavə edib. Etiraf edək ki, XVI əsrdə Şah İsmayılın yaratdığı dövlət Avropada fars dövləti kimi tanınıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR