ABŞ-ın Flint şəhərində atışma olub, 5 nəfər yaralanıb

ABŞ-ın Flint şəhərində atışma olub, 5 nəfər yaralanıb
# 24 aprel 2016 07:25 (UTC +04:00)

Bakı -APA. ABŞ-ın Miçiqan ştatının Flint şəhərində atışma zamanı 5 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, bu barədə “ABC12.” telekanalı məlumat yayıb.

Hadisə aprelin 23-də yerli vaxtla saat 21.30 radələrində (Bakı vaxtı ilə 05.30) baş verib. Yaralılardan birinin durumu ağırdır.

Polis araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR