Bakıda keçirilən “UEFA U-17” Avropa çempionatında ilk yarımfinalçılar bəlli olub

Bakıda keçirilən “UEFA U-17” Avropa çempionatında ilk yarımfinalçılar bəlli olub
# 15 may 2016 04:17 (UTC +04:00)

Bakı-APA. Ötən gün Bakıda keçirilən 17 yaşlı futbolçulardan ibarət komandaların Avropa çempionatında 1/4 finalın ilk iki qarşılaşması keçirilib. Apasport.az saytının məlumatına görə, hər iki görüş “Dalğa Arena”da baş tutub.

İlk olaraq meydana Portuqaliya və Avstriya milliləri çıxıblar. Saat 15:00-da start verilən matçda millimizlə birlikdə A qrupunda yer alan və mərhələni lider kimi tamamlayan Portuqaliya B qrupunun ikincisi Avstriyanı sınağa çəkib. Matç pirineylilərin rəqibini darmadağın etməsi ilə yekunlaşıb - 5:0.

Saat 20:00-da başlayan digər oyunda isə B qrupunun qalibi Almaniya A qrupunda ikinci olmuş Belçika ilə münasibətlərinə aydınlıq gətirib. Bundestimin minimal hesablı qələbəsi ilə başa çatan oyunda yeganə qolu Renat Dadaşov vurub.

17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi

1/4 final

14 may

Almaniya – Belçika - 1:0

Qol: Renat Dadaşov, 51

Portuqaliya – Avstriya 5:0

Qollar: Xose Qomes, 7 (pen.), 18, 47; Mesake Dju, 51; Migel Luis, 77

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR