“Business Insider”: ABŞ şirkətlərinin borcları təhlükəli masştaba çatıb

 “Business Insider”: ABŞ şirkətlərinin borcları təhlükəli masştaba çatıb
# 22 may 2016 14:57 (UTC +04:00)

Bakı-APA. ABŞ şirkətlərinin böyük həcmdə borc problemi ilə üzləşib.

APA-nın “Business Insider” nəşrinə istinadən verdiyi məlumata görə, bu qənaətə “S&P Global Ratings” iqtisadçıları Endryu Çanq və Devid Teşer 2 minə yaxın ABŞ şirkətinin maliyyə göstəricilərini analiz edərək bu qənaətə gəliblər.

Bu şirkətlərin borcları nağd vəsaitlərindən 50 dəfə çoxdur. Şirkətlərin borcları keçən illə müqayisədə 850 milyard dollar artıb və 6,6 trilyon dollara çatıb. İqtisadçılara görə, mövcud durum şirkətlərin hədsiz investisiya “iştahası”ndan qaynaqlanıb. Şirkətlər yüksək gəlir əldə etmək üçün bu əməliyyatlarla əlaqədar böyük borc öhdəlikləri götürüblər. “Business Insider” qeyd edir ki, yüksək səviyyədə borclanma qiymətli kağız bazarında növbəti böyük "sabun köpüyü"nün yaranmasına yol aça bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR