ABŞ Nəqliyyat Təhlükəsizlik İdarəsi xidmətinin rəisi vəzifəsindən kənarlaşdırılıb

ABŞ Nəqliyyat Təhlükəsizlik İdarəsi xidmətinin rəisi vəzifəsindən kənarlaşdırılıb
# 24 may 2016 03:48 (UTC +04:00)

Bakı-APA. ABŞ-da Nəqliyyat Təhlükəsizlik İdarəsi xidmətinin rəisi Kelli Hoqan vəzifəsindən kənarlaşdırılıb.

APA-nın məlumatına görə, bu barədə ABŞ Konqresi Nümayəndələr Palatasının nəzarət üzrə Komitəsindən bildiriblər.

“K.Hoqan mayın 12-də keçirilən dinləmələrin yekunlarına görə vəzifəsindən kənarlaşdırılıb”, məlumatda deyilir.

Kelli Hoqanın işdən çıxarılmasının səbəbi açıqlanmır.

Reuters agentliyinin məlumatına görə, bundan əvvəl Nümayəndələr Palatasının nəzarət üzrə Komitəsinin üzvləri Nəqliyyat Təhlükəsizlik İdarəsi xidmətinin fəaliyyətini tənqid ediblər. Buna səbəb 13 ay ərzində K.Hoqana 90 min dollar məbləğində bonusun ödənilməsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR