Azərbaycanın prezidenti italiyalı həmkarına təbrik məktubu göndərib

Azərbaycanın prezidenti italiyalı həmkarına təbrik məktubu göndərib
# 01 iyun 2016 16:25 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın dövlət başçısı İlham Əliyev İtaliya prezidenti Sercio Mattarellaya təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, prezident milli bayram – Respublika günü münasibətilə italiyalı həmkarına və italyan xalqına öz adından və Azərbaycan xalqı adından səmimi təbriklərini çatdırıb.

"Bu gün Azərbaycan-İtaliya münasibətləri dinamik inkişaf yolundadır. Daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə öz töhfəsini verməkdədir.

İnanıram ki, dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi, ölkələrimiz arasındakı ənənəvi dostluq əlaqələrinin daha da genişləndirilməsi naminə birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İtaliya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram", - deyə dövlət başçısı təbrikdə qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR