Azərbaycana cinayətlərin qeydiyyata alınması qaydası dəyişib

Azərbaycana cinayətlərin qeydiyyata alınması qaydası dəyişib
# 09 iyun 2016 09:04 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Daxili İşlər Nazirliyi “Törədilmiş və ya hazırlanan cinayətlər və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edib.

APA-nın məlumatına görə, bu Təlimat törədilmiş və ya hazırlanan cinayət və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması qaydalarını, habelə onların icrasına idarədaxili nəzarət mexanizmlərini müəyyən edir.

Dəyişiklik cinayət və hadisələr barədə məlumatların qeydiyyatı və uçotu ilə bağlıdır. Bu sahədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin səlahiyyətini Dövlət Təhlükəsizlik Xidməti yerinə yetirəcək. Başqa sözlə, kargüzarlıq qaydalarına uyğun olaraq poçt, kuryer və digər vasitələrlə daxil olmuş və araşdırılması Daxili İşlər Nazirliyinin səlahiyyətinə aid olmayan cinayətlər barədə məlumatlar qeydə alınaraq istintaq aidiyyəti üzrə dərhal Dövlət Təhlükəsizlik Xidmətinə göndəriləcək.

Təlimata əsasən Daxili İşlər Nazirliyinin səlahiyyətinə aid olmayan digər cinayətlər barədə məlumatlar isə qeydə alınaraq prokurorluq, Fövqəladə Hallar, Ədliyyə, Vergilər, Müdafiə nazirlikləri, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidmətinə göndərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR