Müsavat Partiyası sentyabrın 18-nə mitinq təyin edib

Müsavat Partiyası sentyabrın 18-nə mitinq təyin edib
# 01 sentyabr 2016 15:12 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. "Müsavat Partiyası sentyabrın 18-də mitinq keçirməyi planlaşdırır".


Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib. O bildirib ki, referendumla bağlı keçiriləcək mitinqin keçmiş “Məhsul” stadionunda təşkil olunması nəzərdə tutulur: “Mitinqə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq”.

Qeyd edək ki, Milli Şura sentyabrın 11-də mitinq keçirməyə hazırlaşır. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR