Avtobus sürücüsünü qətlə yetirən şəxsə 18 illik həbs cəzası verilib

Avtobus sürücüsünü qətlə yetirən şəxsə 18 illik həbs cəzası verilib
# 05 sentyabr 2016 15:18 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirli bilinən Məmməd Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən M. Məmmədov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 4 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun sürücüsü olmuş 37 yaşlı M. Məmmədov eyni marşrut xəttində sürücü işləyən Bakı şəhər sakini, 23 yaşlı Zülfüqar Əzizlini sükan arxasında bıçaqlayıb. Xəsarət alan sürücü xəstəxanaya aparılarkən yolda ölüb. Sürücülər arasındakı münaqişəyə avtobusların hərəkət qrafikində bir neçə dəqiqəlik pozuntu səbəb olub. M. Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR