Ağ Ev: ABŞ Suriyada İŞİD-ə qarşı quru əməliyyatlarına qoşulmağa hazırdır

Ağ Ev: ABŞ Suriyada İŞİD-ə qarşı quru əməliyyatlarına qoşulmağa hazırdır
# 16 sentyabr 2016 23:08 (UTC +04:00)

Bakı-APA. Rəsmi Vaşinqton Suriyada İŞİD terror qruplaşması ilə mübarizə aparan Türkiyəyə quru qoşunları ilə dəstək verməyə hazırdır.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidentinin mətbuat katibi Coş Ernest bəyan edib.

“ABŞ Türkiyəyə müxtəlif üsullarla dəstək göstərə bilər. O cümlədən Suriyada İŞİD-ə qarşı quru əməliyyatlarına qoşulmaqla”, deyə C.Ernest bildirib.

ABŞ rəsmisinin sözlərinə görə, bu səylərin məqsədi Türkiyə-Suriya sərhədində təhlükəsizliyi gücləndirmək və zorakılığa son qoymaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR