GUAM baş katibi Polşanın Ukraynadakı səfiri ilə görüşüb

GUAM baş katibi Polşanın Ukraynadakı səfiri ilə görüşüb
# 02 fevral 2016 08:23 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Polşanın Ukraynadakı səfiri Qenrik Litvin Demokratiya və İqtisadi İnkişaf uğrunda təşkilat – GUAM-ın baş katibi Altay Əfəndiyevi qəbul edib.

APA-nın qurumun saytına istinadən verdiyi məlumata görə, görüş zamanı tərəflər Polşa və GUAM arasındakı münasibətlərin tarixindən, təşkilatın fəaliyyətindən danışıblar, habelə GUAM çərçivəsində əməkdaşlığın perspektivləri, GUAM+ formatında qarşılıqlı fəaliyyət barədə fikir mübadiləsi aparıblar.

Tərəflər region ətrafında yaranmış vəziyyətlə bağlı GUAM dövlətləri və onların tərəfdaşlarının qarşılıqlı fəaliyyətinin intensivləşdirilməsi, xüsusən də GUAM nəqliyyat dəhlizinin inkişafı, Azad Ticarət Zonasının yaradılması ilə bağlı səylərin artırılması barədə razılığa gəliblər.

Q. Litvin GUAM-Polşa, habelə regionda vəziyyətin sabitləşməsinə, ölkələrin iqtisadi inkişafına və beynəlxalq əməkdaşlığın dərinləşməsinə yardım edəcək çoxtərəfli və regional formatların inkişafında maraqlı olduğunu təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR