Azərbaycanın sığorta bazarı 21%-dən çox artıb

Azərbaycanın sığorta bazarı 21%-dən çox artıb
# 22 fevral 2016 08:52 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar ayında Azərbaycandakı 25 sığorta şirkətinin xətti ilə 76,3 mln. manat sığorta haqqı toplanıb. Azərbaycan Sığortaçılar Assosiasiyasından "APA-Economics"ə verilən məlumata görə, bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 21,3% çoxdur.

Ay ərzində sığorta şirkətlərinin ödənişləri isə 13,4 mln. manat təşkil edib. Bu da ötən ilin yanvar ayına nisbətən 29,4% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 17,5 manatı ödəniş edilib. Bu rəqəm 2015-ci ilin yanvar ayında 16,4 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR