Salyanda yaşayış binası yanıb, bina sakinləri təxliyə olunub

Salyanda yaşayış binası yanıb, bina sakinləri təxliyə olunub
# 23 mart 2016 06:53 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Salyanda yaşayış binasında yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Salyan şəhərində ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 69 kv.m olan 4 otaqlı mənzilin bir otağının və mətbəxinin yanar konstruksiyaları 32 kv.m sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər bina sakini təxliyə olunub. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub və yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR