İş adamını öldürməkdə və digər cinayətlərdə təqsirləndirilən radikal qrup üzvlərinin məhkəməsi davam etdirilib

İş adamını öldürməkdə və digər cinayətlərdə təqsirləndirilən radikal qrup üzvlərinin məhkəməsi davam etdirilib
# 18 aprel 2016 09:58 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını öldürməkdə və digər cinayətlərdə təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi iclasda şahid qismində mühafizəçi Bürhan Hacıyev, hal şahidi qismində Sərdar Quliyev, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları Xankərim Həşimov və Sahib Gülmirzəyev ifadə veriblər.

Polis əməkdaşları ifadəsi zamanı təqsirləndirilən şəxslərin evlərində axtarış apardıqlarını deyiblər: "Məhkəmənin qərarı ilə onların evlərində axtarış apardıq. Axtarış zamanı xeyli sayda silah-sursat, dini kitablar aşkar edilərək götürüldü”.

Məhkəmə prosesi aprelin 25-də davam etdiriləcək.

Qeyd edək ki, ittihama əsasən, 2014-cü il noyabrın 24-də Qəbələ şəhər sakini olan iş adamı Vahid Vahabovun yaşadığı evdə meyiti tapılıb. Müəyyən edilib ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları, radikal ekstremist yönümlü dini təriqət üzvləri olan əvvəllər məhkum edilən Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Rəşad Həşimli və Əhməd Kərimova məlumat verib. Onlar külli miqdarda pul və qızıl- zinət əşyalarını ələ keçirmək məqsədilə Vahid Vahabovun evinə basqın ediblər, odlu silahla onu öldürüblər, həyat yoldaşına müxtəlif dərəcəli xəsarətlər yetiriblər. İstintaq hərəkətləri nəticəsində dəstə üzvlərinin daha bir neçə şəxsin evinə quldurluq yolu ilə basqın etdikləri də məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR