Xarici vətəndaşlara qarşı quldurluq edən şəxsə hökm oxunub

Xarici vətəndaşlara qarşı quldurluq edən şəxsə hökm oxunub
# 19 fevral 2016 08:45 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xarici vətəndaşlarına qarşı quldurluq edən Namaz Bəkirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Namaz Bəkirov 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, Bakıda keçirilən I Avropa Oyunları zamanı 17 yaşlı Namaz Bəkirov Bakıda əməliyyat komitəsinin əməkdaşları olan Avstraliya və Böyük Britaniya vətəndaşlarına qarşı quldurluq edib. O, zərərçəkmiş şəxslərdən 800 manat pul alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR