Sabirabadda 119 yaşlı seçici səs verib

Sabirabadda 119 yaşlı seçici səs verib
# 26 sentyabr 2016 08:19 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı-APA. Azərbaycanda keçirilən referendumda 64 saylı Sabirabad ikinci seçki dairəsi üzrə təşkil olunan səsvermədə 119 yaşlı seçici səs verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 64 saylı Sabirabad ikinci seçki dairəsinin Qaratuğay kəndində yaradılan 28 saylı məntəqə seçki komissiyasında qeydiyyatda olan kənd sakini, 1897-ci il təvəllüdlü Həsənova Nubah Cabbar qızının yaşadığı ünvana daşınan qutu aparılıb.

Qeyd edək ki, 64 saylı Sabirabad ikinci seçki dairəsi 40 seçki məntəqəsindən ibarətdir və dairə üzrə 40331 seçici var.

Seçkiləri “online” rejimdə izləmək üçün 5 məntəqədə vebkamera quraşdırılıb. 2 məntəqədə Fransanın “OpinionWay” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi “exit-poll” keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR