Millət vəkili icbari tibbi sığorta ilə bağlı işçi qrupun yaradılmasını təklif edib

Millət vəkili icbari tibbi sığorta ilə bağlı işçi qrupun yaradılmasını təklif edib
# 15 mart 2016 10:07 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı işçi qrupun yaradılması təklif olunur.

APA-Economics”in məlumatına görə, bu təkliflə Azərbaycan Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı millət vəkili Rəşad Mahmudov çıxış edib.

Onun sözlərinə görə, bu işçi qrup İcbari Tibbi Sığorta Agentliyi ilə əlaqəli şəkildə işləməlidir: “Hesab edirəm ki, icbari tibbi sığortanın pilot qaydada tətbiqi vaxt itkisinə və problemlərin yaranmasına səbəb ola bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR