Moqerini: “Avropa İttifaqı Türkiyə ilə razılaşmanın həyata keçirilməsinə diqqət yetirməlidir”

Moqerini: “Avropa İttifaqı Türkiyə ilə razılaşmanın həyata keçirilməsinə diqqət yetirməlidir”
# 18 aprel 2016 18:55 (UTC +04:00)

Bakı-APA. Avropa İttifaqı qaçqın böhranını həll etmək üçün Türkiyə ilə razılaşmanın həyata keçirilməsinə diqqət yetirməlidir.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bəyan edib.

“Miqrasiyaya dair müzakirələrin başlıca nəticəsi Türkiyə ilə razılaşmanın gerçəkləşməsinə diqqət yetirməkdir”, deyə F.Moqerini bildirib.

Qeyd edək ki, aprelin 18-də F.Moqerini Lüksemburqda Avropa İttifaqına üzv ölkələrin XİN rəhbərlərinin görüşündə iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR