Türk Şurası ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlıq memorandum imzalanıb

Türk Şurası ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlıq memorandum imzalanıb
# 24 may 2016 15:52 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) ilə BMT-nin İnkişaf Proqramı (UNDP) arasında əməkdaşlıq memorandum imzalanıb.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, İstanbulda keçirilən imzalanma mərasimində Türk Şurasının baş katibi Ramil Həsənov çıxış edib. O bildirilib ki, Türk Şurasının qarşıya qoyduğu məqsədlərə uyğun şəkildə fəaliyyət göstərən hər bir qurumla əməkdaşlıq etməyə hazırdırlar: “Keçən ilin axırında İstanbulda UNDP ilə keçirdiyimiz beynəlxalq toplantıda 15 ölkədən 150 nümayəndə iştirak etdi. UNDP ilə əməkdaşlıq etməkdən məmnunuq, əlaqələrimizi inkişaf etdirməyi düşündüyümüz Macarıstan nümayəndəsini burada görmək də bizim üçün xoşdur. Fəaliyyətlərimiz tamamilə şəffaflıq prinsipi üzərində qurulub”.

UNDP Avropa və MDB ölkələri ofisinin direktoru Cihan Sultanoğlu da Türk Şurası ilə əməkdaşlıqdan razılığını bildirib

Qeyd edək ki, 2014-cü ildə qurulan Türk Şurası son illərdə beynəlxalq təşkilatlarla ikitərəfli əlaqələri inkişaf etdirmə sahəsində bir sıra mühüm addımlar atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR