Ötən ay Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 9%-ə qədər artıb

Ötən ay Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 9%-ə qədər artıb
# 14 dekabr 2015 06:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu –APA-Economics. Bu ilin noyabr ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 132 mln. 582 min 05 manat təşkil edib.

APA-Economics”in DGK-yə istinadən verdiyi xəbərə görə, bu, 2014-cü ilin eyni dövrü ilə müqayisədə 10 707,21 min manat və ya 8,78% çoxdur.

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 28 546,59 mln. manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 97 585,40 mln. manat, aksizlər üzrə 5 034,87 mln. manat, yol vergisi üzrə isə 1 415,18 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR