Natiq Əliyev Polşanın Azərbaycandakı səfiri ilə görüşüb

Natiq Əliyev Polşanın Azərbaycandakı səfiri ilə görüşüb
# 15 sentyabr 2016 15:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka Energetika Nazirliyində olub.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə bu il sentyabrın 28-29-da Polşanın inkişaf nazirinin birinci müavini Radoslav Domaqalski-Labentskinin Sahibkarlar Təşkilatının nümayəndə heyəti ilə birlikdə Azərbaycana planlaşdırılan səfərinə son hazırlıq işləri ətrafında fikir mübadiləsi aparılıb.

Energetika nazirinin iştirakı ilə ikitərəfli, üçtərəfli görüşlərin təşkilinin vacibliyi qeyd edilib, hər iki ölkənin iş adamlarının maraq dairəsində olan əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi və müvafiq şirkətlərin bu müzakirələrə cəlbi istiqamətində görülən tədbirlər nəzərdən keçirilib. Polşanın xüsusilə gəmiçilik, dəniz nəqliyyatı, əczaçılıq kimi sahələrdə əməkdaşlıqda maraqlı olduğunu deyən səfir M. Tsalka hər iki ölkənin geniş tərkibli nümayəndə heyətinin hökumət və iş adamlarından təmsil olunmasını əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirməsi baxımından vacib hesab edib.

Polşanın İnkişaf nazirinin birinci müavini R. Domaqalski-Labentskinin səfəri çərçivəsində həmçinin bu ilin dekabrında keçiriləcək iqtisadi əməkdaşlıq üzrə Polşa-Azərbaycan Hökumətlərarası Komissiyasının 7-ci iclası ilə bağlı da müzakirələrin aparılacağı diqqətə çatdırılıb.

Energetika naziri isə bildirib ki, Azərbaycanla Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri kimi səfərin yüksək səviyyədə baş tutması və bu görüşlərin hər iki ölkə şirkətlərinin əməkdaşlıq imkanlarının artmasına töhfə verməsi üçün kömək göstərməyə hazırdır. “İnanıram ki, Radoslav Domaqalski-Labentskinin rəhbərliyi ilə Polşanın müvafiq qurumları və iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri həm də Hökumətlərarası Komissiyanın iclasının gündəliyinə daxil ediləcək mövzuları zənginləşdirəcək və yeni layihələrin irəli sürülməsinə təkan verəcək”, - deyə N. Əliyev əlavə edib və təşkilati məsələlərlə əlaqədar müvafiq tapşırıqlar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR