Sentyabrın 26-da ASAN Xidmət mərkəzlərində qeyri-iş günü olacaq

Sentyabrın 26-da ASAN Xidmət mərkəzlərində qeyri-iş günü olacaq
# 24 sentyabr 2016 13:46 (UTC +04:00)

Bakı – APA. Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.

ASAN Xidmətin İnformasiya təminatı şöbəsindən APA-ya verilən məlumata görə, həmin gün vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət edərək yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlana biləcəklər.

Sentyabrın 27-dən isə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR