Bakının mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakının mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
# 15 aprel 2016 14:51 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Neftçilər prospektinin Rəsul Rza və Puşkin küçələri ilə kəsişmələri arasında olan hissəsində aprelin 16-sı saat 06:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, məhdudiyyət aprelin 18-i səhər saatlarında aradan qaldırılacaq.

Qeyd edilən ərazidə yolun üst lay asfalt qatının çəkilməsi işləri aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR