"CDB Bank" sahibkarlara yeni xidmətini təklif edir

"CDB Bank" sahibkarlara yeni xidmətini təklif edir
# 19 aprel 2016 09:47 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Son dövrlər yaranmış yeni iqtisadi şəraitdə, post neft bankçılığının inkişafı, qeyri-neft sektorunda ixracın artırılması daha böyük əhəmiyyət daşıyır. Bütün bunları nəzərə alaraq, "CDB Bank" sahibkarlara yeni faktrorinq xidməti təklif edir.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, bu xidmətin özəlliyi ondan ibarətdir ki, satıcı və alıcı münasibətlərinin inkişafında bank tərəfi də öz töhfəsini verir.

Belə ki, bank satıcılara debitor borclarının 80%-dək həcmində vəsaitlərin dərhal əldə edilməsini və alıcılara dövriyyə vəsaitlərinin daha səmərəli istifadə olunmasını təmin edir.

Aşağıdakı sxemdə faktorinq xidməti təfərrüatı ilə qeyd olunub:

1. Satıcı malları alıcıya təhvil verir;

2. Satıcı təhvil sənədlərini banka təqdim edir;

3. Bank malın dəyərinin 80%-ni satıcıya ödəyir;

4. Alıcı müəyyən olunmuş vaxtda vəsaiti banka ödəyir;

5. Bank məbləğin qalan hissəsini satıcıya ödəyir.

Ətraflı məlumatı bu linkə daxil olmaqala, 1545 Məlumat Mərkəzinə zəng etməklə və ya bankın rəsmi facebook səhifəsinə www.facebook.com/bankcdb daxil olmaqla əldə edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR