Bakıda gizlədilmiş tapança aşkarlanıb

Bakıda gizlədilmiş tapança aşkarlanıb
# 03 oktyabr 2016 09:40 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı şəhərində gizlədilmiş tapança götürülüb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, xidmətin Baş İdarəsinin və 3 saylı İstintaq Təcridxanasının əməliyyat aparatlarının Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabunçu rayon 2-ci Zabrat qəsəbəsində fərdi yaşayış evinin daş hasarının çöl tərəfindəki ağacın dibində basdırılmış 1 ədəd “Super-PP 2/94” və 1 ədəd “MP-654K” tipli 4,5 kalibrli tapança aşkar edilərək götürülüb.

Fakt üzrə Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR