Ombudsman Aparatının əməkdaşları 11 saylı Cəzaçəkmə Müəssisəsində olublar

Ombudsman Aparatının əməkdaşları 11 saylı Cəzaçəkmə Müəssisəsində olublar
# 29 aprel 2016 15:57 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) əvvəlcədən xəbərdarlıq etmədən plandankənar başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmə çərçivəsində MPQ üzvləri tərəfindən həmin müəssisədə müraciət etmiş məhkumlarla yanaşı, bir sıra şəxslər də öz xahişləri ilə təkbətək qəbul edilib, müraciətləri yerində araşdırılıb.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi qəbul zamanı məhkumlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib. Ümumilikdə isə qəbul olunmuş məhkumlar saxlanılma şəraitindən və rəftardan şikayət etməyiblər.

Başçəkmənin yekununda məhkum olunmuş şəxslərlə rəftara və saxlanılma şəraitinə dair müəssisə rəhbərliyi və xidmət əməkdaşları ilə maarifləndirici söhbətlər aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə müvafiq tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR