Snayperlər hazırlığı kursunun növbəti buraxılışı olub

Snayperlər hazırlığı kursunun növbəti buraxılışı olub
# 19 aprel 2016 10:36 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində snayperlərin təkmilləşdirilməsi kursunun növbəti buraxılışı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim edilib. Kursda əsas diqqət snayperlərin çətin ərazi və hava şəraitində həyatda qalma və dəqiq atəşaçma bacarıqlarının təkmilləşdirilməsinə yönəldilib. Qabaqcıl təcrübə və üsullardan istifadə etməklə təşkil olunan kurslara Müdafiə Nazirliyinin bütün hərbi hissələrində xidmət keçən snayperlərin cəlb edilməsi planlaşdırılır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR