Gəncəyə güclü yağış yağıb, bəzi tikililərin zirzəmilərinə su dolub - YENİLƏNİB

Gəncəyə güclü yağış yağıb, bəzi tikililərin zirzəmilərinə su dolub - <span style="color: red;">YENİLƏNİB
# 24 may 2016 15:07 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Bu gün saat 15 radələrində Gəncəyə qısa müddətli yağan dolu sonra güclü yağış və küləklə əvəzlənib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, güclü yağış şəhər təsərrüfatına ziyan vurmasa da, bəzi tikililərin zirzəmilərinə su dolub. Gəncə şəhər Fövqəladə Hallar Komissiyasından bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin su çəkən avtomobilləri hazırda su dolan zirzəmilərdə işləyir.

Təhlükəsizlik məqsədi ilə şəhərin bəzi ərazilərinə elektrik enerjisinin verilişində qısa müddətli fasilə yaransa da, artıq şəhərdə enerji təminatı bərpa olunub.

***

15:46

Gəncə. Azər Məmmədli - APA. Gəncədə qasırğa başlayıb. APA-nın qərb bürosunun xəbərinə görə, günortadan sonra şəhərə yağan dolu daha sonra güclü külək və leysanla əvəz olunub.

Şəhərin bəzi yerlərinə təhlükəsizlik məqsədilə elektrik enerjisinin verilişi dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR