Rusiya, İran və Azərbaycan Xəzərin hüquqi statusuna dair Konvensiyanın tezliklə qəbul olunmasını vacib sayır

Rusiya, İran və Azərbaycan Xəzərin hüquqi statusuna dair Konvensiyanın tezliklə qəbul olunmasını vacib sayır
# 08 avqust 2016 11:01 (UTC +04:00)

Bakı - APA. Rusiya, İran və Azərbaycan Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın tezliklə qəbul olunmasını vacib hesab edir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıda bu gün keçiriləcək üçtərəfli görüşünün yekunlarına dair Bəyannamə layihəsində bildirilir.

"Tərəflər Xəzər dənizinin sülh, dostluq, təhlükəsizlik və əməkdaşlıq dənizi olduğunu nəzərə alaraq, Xəzərin hüquqi statusuna dair Konvensiyanın tezliklə qəbul olunmasının vacibliyini qəbul edirlər", - deyə sənəddə vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR