Azərbaycan-İran əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclası yaxın iki ayda keçiriləcək

Azərbaycan-İran əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclası yaxın iki ayda keçiriləcək
# 28 sentyabr 2016 11:56 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasının keçirilməsinə hazırlıq işləri görülür.

Bunu APA-nın İran bürosuna açıqlamasında komissiyanın İran tərəfdən həmsədri, bu ölkənin rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi bildirib.

M. Vaezi deyib ki, komissiyanın növbəti iclası yaxın iki ay ərzində keçiriləcək.

"Azərbaycanla əlaqələri müxtəlif sahələrdə inkişaf etdirmək üçün bir sıra proqramlarımız var. Gələcəkdə bunun bəhrəsini görəcəyik. Hər iki ölkə qarşılıqlı əməkdaşlığı artırmaqda maraqlıdır".

Qeyd edək ki, Azərbaycan tərəfdən komissiyanın həmsədri iqtisadiyyat naziri Şahin Mustafayevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR