Natiq Əliyev "Total"ın vitse-prezidenti ilə görüşüb

Natiq Əliyev "Total"ın vitse-prezidenti ilə görüşüb
# 01 iyun 2016 16:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz 2016 sərgisi çərçivəsində Fransanın "Total" şirkətlər qrupunun Avropa və Mərkəzi Asiya Regionunda Kəşfiyyat və Hasilat üzrə baş vitse-prezidenti Maykl Borrel ilə Azərbaycanın energetika naziri Natiq Əliyevlə görüşüb.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, görüşdə "Total"ın Azərbaycanda 20 ilə yaxın fəaliyyəti nəticəsində əldə edilmiş nailiyyətlərdən bəhs edilib. Bildirilib ki, "Total" Azərbaycanda Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə neft ixrac edən şirkətin tərəfdaşı, həmçinin "Abşeron" bloku üzrə Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü sazişi üzrə əməliyyat şirkəti kimi qarşılıqlı maraq kəsb edən strateji layihələrdə iştirak etməklə uzunmüddətli əməkdaşlığa töhfə verib.

"Total" yaxın illərdə Abşeron yatağında hasilata başlamaq üçün tərəfdaşları ilə birgə səylərini artırmaqdadır. Bu layihə çərçivəsində şirkət dəniz dərinlikləri texnologiyası, layihə idarəetməsi və rezervuar işlənməsi sahəsindəki təcrübəsini tətbiq etməyi planlaşdırır. Hazırda Xəzər dənizinin dərin sularında yerləşən Abşeron Bloku üzrə işlənmə planı hazırlanmaqdadır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR