Tiflisdə "Qafqazda geosiyasi dəyişikliklər" mövzusunda beynəlxalq konfrans keçirilir

Tiflisdə "Qafqazda geosiyasi dəyişikliklər" mövzusunda beynəlxalq konfrans keçirilir
# 28 iyun 2016 12:58 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Tiflisdə ABŞ-ın Karnegi Fondunun və Gürcüstan hökumətinin təşkilatçılığı ilə "Qafqazda geosiyasi dəyişikliklər" mövzusunda beynəlxalq konfrans başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstan hökumətinin nazirləri, Cənubi Qafqaz ölkələrinin nümayəndələri, Avropa Birliyini, ABŞ-ı və Çini təmsil edən rəsmi və qeyri-rəsmi şəxslər, diplomatik korpus nümayəndələri, beynəlxalq ekspertlər iştirak edir.

Tədbirin açılışında Gürcüstanın Rondeli Fondunun rəhbəri Yekaterina Metreveli, Gürcüstan xarici işlər nazirinin müavini David Çalaqaniya, Karnegi Fondunun aparıcı tədqiqatçısı, Rusiya və Avrasiya Proqramının direktoru Yevgeni Rumer və başqaları çıxış ediblər.

Gürcüstan müdafiə naziri Tinatin Xidaşelinin çıxışı da gözlənilir.

Azərbaycanı təmsil edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovun çıxışı Azərbaycan iqtisadiyyatının mövcud vəziyyəti və ölkədə aparılan islahatlarla bağlı olub.

Beynəlxalq konfrans 3 gün davam edəcək, 7 panel iclası keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR