Gənc alimlərin dövlət tərəfindən mənzil və torpaq sahəsi ilə təmin olunması təklif edilir

Gənc alimlərin dövlət tərəfindən mənzil və torpaq sahəsi ilə təmin olunması təklif edilir
# 27 yanvar 2016 14:29 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda elmi işçilər, o cümlədən gənc alimlər mənzil və ya torpaq sahəsi ilə təmin ediləcək.

APA-nın məlumatına görə, bu, ikinci oxunuşa hazırlanan “Elm haqqında” qanun layihəsinin 37-ci maddəsinin 9-cü bəndində qeyd olunub:

“Dövlət mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan elmi işçilərin, o cümlədən gənc alimlərin mənzil və ya torpaq sahəsi ilə təmin olunması üçün şərait yaradır, onlara güzəştli ipoteka kreditlərinin verilməsini təmin edir”.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR